Şri-Lanka ABŞ-nin ölkə sahilləri yaxınlığında İranın “İris Dena” hərbi gəmisini batırmasından bir gün sonra başqa bir İran hərbi gəmisinə nəzarəti ələ alıb. Həmin hücum nəticəsində ən azı 87 nəfərin həyatını itirdiyi bildirilib.
Qall şəhərindəki xəstəxanaya gətirilən İranlı dənizçilərin görüntüsü - 6 Mart 2026
24media.az BBC-yə istinadən bildirir ki, məlumata görə, “İris Buşehr” adlı İran hərbi gəmisi mühərriklərindən birində yaranan nasazlıq səbəbindən çərşənbə günü Şri-Lanka limanlarından birinə yanaşmaq üçün icazə istəyib. Daha sonra gəmidə olan 208 nəfər təxliyə edilib.
Şri-Lanka hökuməti saatlarla davam edən danışıqlardan sonra gəminin ölkənin şimal-şərqində yerləşən limanlardan birinə daxil olmasına icazə verib. Ölkə prezidenti isə bildirib ki, Şri-Lanka “insanlığı qorumaqdan heç vaxt çəkinməyəcək”.
Şri-Lanka Prezidenti Anura Kumara Dissanayake ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda heç bir tərəfi dəstəkləməyəcəyini açıqlayıb.
O bildirib ki, ölkənin mövqeyi humanitar dəyərləri qorumaqla yanaşı neytrallığı da saxlamaqdır.
İranın xarici işlər naziri Abbas Araqçı isə bildirib ki, Şri-Lanka sahilləri yaxınlığında batırılan İran hərbi gəmisinə heç bir xəbərdarlıq edilmədən hücum edilib.
Aytac Musayeva
