Bu gün:

Tarix, təbiət və əyləncə axtaranların görməli olduğu bəzi Balkan şəhərləri


Yunanıstan son illərdə tətil dedikdə ağıla ilk gələn yerlərdən biridir. Qorunan təbiəti, tarixi gözəllikləri, iqlimi, dənizi və insanları ilə buna layiq olsa da, təbii ki, yeganə seçim deyil. 

İndi təhlükəsizlik kəmərlərinizi bağlayın, oturacaqlarınızı düzəldin və “suyun o biri tərəfini” daha çox kəşf etməyə hazırlaşın. Biz sizin üçün Yunan adalarının kölgəsində qalan, lakin ən az onlar qədər gözəl bəzi Balkan şəhərlərini "səyahət" edəcəyik.

1. İlk dayanacağımız: Plovdiv, Bolqarıstan.

Bolqarıstanın orta coğrafiyasında yerləşən Plovdiv ölkənin ikinci ən böyük şəhəridir. 700 minə yaxın əhalisi olan şəhərin ən əhəmiyyətli xüsusiyyəti tarixi quruluşudur. 

Şəhərin hər yerində, xüsusən də, İçərişəhər adlanan ərazidə tarixi tikililərə rast gəlmək olar. Şəhərdə Roma dövründə də mövcud olan Roma Amfiteatrı və Roma Stadionundan sonra monastırlar, daha sonra Osmanlı məscidləri və hələ də ayaqda olan Osmanlı evləri mövcuddur. Müxtəlif imperiyaların hakimiyyəti altına girmiş şəhər onların hamısının simvolik əsərlərini sağlam şəkildə yaşatmağı bacarır. 

Gecə həyatının canlı, təhlükəsizliyin yüksək olduğu şəhərdə türk sıxlığı özünüzü bir az da rahat hiss etdirəcək.

2. Sofiya, Bolqarıstanın paytaxtı

 Bolqarıstana gəldiyiniz zaman tarix qoxuyan küçələri, bənzərsiz memarlığı, mədəniyyət və incəsənətə verdiyi önəmlə paytaxt Sofiyanın yanından keçməməlisiniz. Əsrlər boyu sağ qalmağı və tarixə şahidlik etməyi bacaran şəhər indi Bolqarıstanın paytaxtı olma vəzifəsini öz üzərinə götürür.

Tarixlə maraqlanan hər kəsin görməli olduğu şəhər eramızdan əvvəl 7000-ci illərə aiddir. Antik dövrdən qalan tikililərin əhəmiyyətli bir hissəsi müasir şəhərin altında qalsa da, Roma və Trakyadan olan bəzi əsərlər hələ də sərgilənir. Tarix boyu bir çox mədəniyyətdən təsirlənən şəhər, Aleksandr Nevski Katedrali, Sofiya Sinaqoqu və Tarixi Sofiya Məscidi kimi əsərləri yaşatmaqla bu xüsusiyyəti özündə göstərir.

Əyləncə həyatında heç bir məhdudiyyətin və qadağanın olmadığı Sofiyada səhərin ilk işığına qədər son dərəcə sərfəli qiymətlərlə əylənə bilərsiniz.


3. Tarixin təcəssümü, heykəllər şəhəri Skopye, Makedoniya.

Tarixə gəlincə, bütün əzəməti və artefaktları ilə bizi gözləyən daha bir şəhər, əlbəttə ki, Skopyedir. Uzun tarixi ilə bu şəhəri “tarixin təcəssümüdür” desək yanılmarıq. Şəhərdə çoxlu heykəllər var. Xüsusilə, 2010-cu ildən sonra edilən tənzimləmələrin buna böyük təsiri var.

Onun yüz illərlə tarixində gördüyü müxtəliflik şəhərin ən mühüm əsərlərində də özünü göstərir. Müqəddəs Ohrid Climent Katedrali, Bedesten və Mustafa Paşa məscidi görkəmli sənət əsərlərindəndir. 

Əyləncə həyatında canlı bir quruluşa sahib olan şəhərdə bir çox variantınız var. Barların və gecə klublarının sıx olduğu şəhərdə, xüsusilə, payız mövsümündə keçirilən festivallar müxtəlif dairələrdən çoxlu insanı bir araya gətirir.


Mənbə: onedio.com 

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et