Bu gün:

Azərbaycan boks yığmasının Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb


Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Turniri martın 8-də başlayacaq. 

Boks yarışları üçün hazırlanmış arena

24media.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bildirilib ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda milli komandamız 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın heyətində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və Şahin Aslanov (65 kiloqram) yer alıb.

Qızların mübarizəsində isə baş məşqçi İlkin Ağayev Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənəcək.

Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et