Albaniya kiçik bir ölkə ola bilər, amma bu ölkədə görüləsi çox şey var. Makedoniya, Yunanıstan, Kosovo və Monteneqro ilə həmsərhəd olan ölkə son vaxtlar ziyarətçilər arasında məşhurlaşmağa başlayıb. Ölkə təmiz havası və füsunkar çimərlikləri ilə birlikdə dünyanın ən gözəl Osmanlı memarlığına ev sahibliyi edir.
1. Tirana

Albaniyanın paytaxtı Tirana Albaniyanın ən çox ziyarət edilən şəhərlərindən biridir. Şəhərdə görməli olduğunuz bir çox turistik yerlər var. Əgər nə vaxtsa Tiranaya getməyi düşünürsünüzsə, 18-ci əsr Hacı Edhem Bəy Məscidini ziyarət edin. Tiranada yaşayan insanlar olduqca mehribandırlar. Tirananın paytaxt olması şəhərin baha olması demək deyil. Otellər və restoranlar digər ölkələrlə müqayisədə kifayət qədər münasibdir. Skanderbeg Meydanını da mütləq görməlisiniz. Həmçinin, Albaniya tarixi ilə maraqlanırsınızsa, Milli Tarix Muzeyini ziyarət edə bilərsiniz.
2. Berat

Albaniyanın ortasında yerləşən Berat ölkənin ən qədim şəhərlərindən biridir. Şəhərdə Osmanlı və Alban arxitekturası yanaşı yaşayır və buna görə də onu “Min Pəncərəli Şəhər” adlandırırlar. Təsadüfən Beratda olsanız, mütləq Kalaca qalasını görməlisiniz. Əvvəllər Osmanlı İmperatorluğunun mühüm şəhəri olan Berat 2008-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Həmçinin, Blachernae St. Məryəm kilsəsi və Manqalem məhəlləsini də görməyə dəyər.
3. Apolloniya (İliriya)

İlliriya bir vaxtlar dünyanın ən əhəmiyyətli şəhərlərindən biri idi. Fier şəhərindən rahatlıqla bu qədim şəhərə gedə bilərsiniz. Şəhərin tarixi ilə yanaşı, təbii gözəllikləri də sizi valeh edəcək. Bir vaxtlar şəhər Epir Knyazlığının hakimiyyəti altında olub.
Mənbə: onedio.com
Tərcümə etdi: Əli Mehdili
