Bu gün:

Pakistan Azərbaycana dəstəyini ifadə edib


Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək ölkəsinin Azərbaycana dəstəyini ifadə edib.

Azərbaycan və Pakistan liderlərinin görüşü


24media.az APA-ya istinadən xəbər verir ki, danışıq zamanı Şahbaz Şərif regionda baş verən son hadisələrə toxunaraq Pakistanın Azərbaycana dəstəyini bir daha vurğulayıb və Azərbaycanın təhlükəsizliyi ilə ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

Söhbət zamanı iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı da müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Pakistan uzun illərdir beynəlxalq platformalarda bir-birinə siyasi dəstək göstərir və müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

Telefon danışığında, həmçinin regional təhlükəsizlik məsələləri və iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər mövcud münasibətlərin bundan sonra da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et