Bu gün:

BMT Naxçıvandakı dron hücumlarına münasibət bildirib


Birləşmiş Millətlər Təşkilatınun Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında baş verən dron hücumlarına münasibət açıqlayıb. Qurum hadisədən zərər çəkənlərə dəstəyini ifadə edib.

24media.az APA-ya istinadən xəbər verir ki, yayılan bəyanatda hücumlar nəticəsində yaralanan şəxslərin tezliklə sağalması arzulandığı bildirilib. Nümayəndəlik baş verən hadisədən təsirlənən insanların yanında olduqlarını vurğulayıb.

Açıqlamada qeyd olunub ki, dron hücumları nəticəsində xəsarət alan dörd nəfərin tezliklə sağalması üçün ən xoş arzular dilənir və zərər çəkənlərə dəstək ifadə edilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et