Bu gün:

İspaniya, İtaliya və Britaniya Yaxın Şərqdə hərbi iştirakını artırır


ABŞ administrasiyası çərşənbə günü bildirib ki, İspaniya ABŞ hərbi qüvvələri ilə əməkdaşlığa razılıq verib. Lakin İspaniya tərəfi öz hərbi bazaları ilə bağlı mövqeyini və müharibəyə qarşı olduğunu bir daha vurğulayıb.

24media.az Al Jazeera-yə istinadən bildirir ki, İspaniyanın “Cristobal Colon” freqatının (orta ölçülü döyüş gəmisi) Fransa hərbi-dəniz qüvvələrinə məxsus “Charles de Gaulle” aviadaşıyıcısı və Yunanıstanın hərbi gəmiləri ilə birlikdə əməliyyatlara qoşulacağı bildirilib. 

İspaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu qüvvələr “mühafizə və hava hücumundan müdafiə təmin etmək”, eləcə də “mülki şəxslərin mümkün təxliyəsinə dəstək vermək” məqsədi daşıyır.

İtaliyanın müdafiə naziri Quido Krozettо isə ölkəsinin Körfəz regionunda bəzi “strateji tərəfdaşlara” hava hücumundan müdafiə, antidron və antimissil sistemləri göndərəcəyini açıqlayıb. Bu bəyanat Baş nazir Corciya Meloninin daha əvvəl verdiyi açıqlamanı təsdiqləyib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə çərşənbə axşamı bildirib ki, ölkəsi regionda davam edən “müdafiə əməliyyatları” çərçivəsində antidron imkanlarına malik helikopterlər və “HMS Dragon” hərbi gəmisini Kiprə göndərir.

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et