Bu gün:

Səudiyyə Ərəbistanı XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını qınayıb


Səudiyyə Ərəbistanı Krallığı İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb.

Səudiyyə Ərəbistanı Krallığının bayrağı

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb.

Nazirlik bəyanatında vurğulanıb ki, hər iki ölkəyə qarşı edilən bu cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin qeyd edilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi, sabitliyi təhdid edir.

Bəyanatda, həmçinin Krallıq hökumətinin və xalqının Türkiyə və Azərbaycanla tam həmrəy olduğu bir daha bildirilib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnun dəstəkləndiyi bir daha vurğulanıb. 

Amina Paşazadə

Paylaş
Şərh əlavə et