Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp ilə Livandakı gərgin vəziyyəti müzakirə edib. İsrailin Livana intensiv hava hücumları həyata keçirməsindən sonra artan narahatlıq fonunda liderlər arasındakı telefon danışığı baş verib. Livan hökumətinin yaydığı son rəqəmlərə görə, İsrailin hava hücumları nəticəsində 72 nəfər ölüb və 83 mindən çox insan qaçqın vəziyyətinə düşüb.

Fransa Prezidenti Emmanuel Makron
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Makron Trampa Livandakı humanitar vəziyyətin kritik olduğunu qeyd edib.
Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı apararaq Livanın ərazi bütövlüyünün qorunmasının və hücumların dayandırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Hizbullahı təzyiq altına almağın zəruri olduğunu da bildirib.
Makronun "X" sosial şəbəkəsində verdiyi açıqlamaya görə, o, Livan Prezidenti Jozef Aun və Baş nazir Nəvaf Salamla da əlaqə saxlayaraq Livanın təhlükəsizliyinin təmin edilməsini və hərbi əməliyyatların daha da böyüməsinin qarşısının alınmasını tələb edib.
Amina Paşazadə
