Bu gün:

Cənubi Koreya İrana səfərləri qadağan edib


Cənubi Koreya öz vətəndaşlarının İrana səfərini qadağan edib. Qərarın təhlükəsizliklə bağlı risklərin artması fonunda qəbul edildiyi bildirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, qərar bölgədə artan gərginliklə əlaqədardır.

Nazirlik qadağaya səbəb kimi Yaxın Şərqdə davam edən müharibə fonunda təhlükəsizlik risklərinin yüksəlməsini göstərib və vətəndaşlara regiona səfərdən çəkinməyi tövsiyə edib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et