Bu gün:

İsrail-Livan toqquşmaları nəticəsində ölənlərin sayı artmaqdadır


İsrail ABŞ ilə koordinasiyalı hərbi əməliyyatlar çərçivəsində İran və Livandakı hədəfləri vurmağa davam edir. Ölkəni hədəf alan hava zərbələri nəticəsində ən azı 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Beyrutun şərqində "Comfort" otelinin İsrail zərbəsi ilə vurulduğu görüntülər

24media.az Al Jazeera-yə istinadən bildirir ki, Livanın dövlət mediasının məlumatına görə, çərşənbə günü İsrail qüvvələri Beyrutun Hazmiyə və Baabda sərhədindəki "Comfort" otelinə və şərqi Livandakı bir yaşayış kompleksinə hava zərbələri endirib.

Mənbəyə görə, zərbələr xəbərdarlıq edilmədən baş verib və bu, mümkün sui-qəsd cəhdi kimi hesab edilə bilər. O əlavə edib ki, İsrail ordusu hələ də dəqiq olaraq kimin və ya nəyi hədəf aldığını açıqlamayıb.

Beyrutun cənub ərazilərinə da əlavə hücumlar həyata keçirilib. İsrail ordusu sıx əhalinin yaşadığı ərazilərdə hədəfin Hizbullah olduğunu açıqlayıb və Beyrutdakı bu təşkilatın “infrastrukturuna” qarşı daha çox zərbə endirildiyini bildirib.

Livanın Milli Xəbər Agentliyindən verilən məlumata görə, İsrail ordusu cənubdakı Xiyam şəhərinə hava zərbəsi endirib. İsrail ordusunun Livanın cənubuna ikinci zərbə dalğasına başladığını açıqlamasından sonra baş verən bu hücumda ən azı dörd nəfər yaralanıb, onlardan birinin vəziyyəti kritikdir.

Bazar ertəsindən bəri İsrailin Livana endirdiyi hücumlarda 50-dən çox insan həlak olub. Bu, Hizbullahın bir ildən artıq müddət sonra İsrailə ilk hücumunu həyata keçirməsindən sonra baş verib; həmin hücum İsrail-ABŞ-nin İranla müharibəsinə cavab olaraq olub.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et