Bu gün:

Xameneinin müavini: İran ABŞ ilə danışıqlar aparmayacaq


İrandan bildirilib ki, ABŞ ilə danışıqlar aparmayacaq.

İranın Ali Rəhbəri Əli Xameneinin müavini Məhəmməd Moxber, APA

24media.az xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xameneinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib.

O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.

Moxber ABŞ və İsrailin İslam İnqilabının başlanğıcından bəri İranın parçalanmasına çalışdıqlarını vurğulayıb. “Amerikalılar İranı ələ keçirmək yox, parçalamaq istəyirlər”, - o qeyd edib.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et