Bu gün:

“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir


Amerikanın “OpenAI” şirkəti Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə müqavilə bağlamağı nəzərdən keçirir. 

OpenAI və NATO simvolları fonunda süni intellekt, qlobal təhlükəsizlik və insan-texnologiya əməkdaşlığını əks etdirən illüstrasiya, AZƏRTAC

24media.az bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb. “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın sözlərinə görə, hazırda texnologiyaların bütün qapalı NATO şəbəkələrində yerləşdirilməsi imkanları araşdırılır. “OpenAI” nümayəndəsi daha sonra bunun Alyansın açıq şəbəkələrinə aid olduğuna aydınlıq gətirərək Altmanın sözlərinin təhrif olunduğunu qeyd edib.

“Reuters” agentliyi məlumat verib ki, şirkət öz süni intellekt texnologiyasını NATO-nun açıq şəbəkələrində yerləşdirmək üçün müqavilə bağlamağı nəzərdən keçirir.

Ötən həftə “OpenAI” şirkəti ABŞ Müdafiə Nazirliyinin qapalı şəbəkəsində süni intellekt texnologiyalarını yerləşdirmək üçün Pentaqon ilə razılaşma əldə olunduğunu elan edib. Medianın məlumatına görə, qərar Vaşinqtonun “təchizat zənciri riski” hesab etdiyi “Anthropic” ilə fikir ayrılığından sonra verilib.

ABŞ Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyə qarşı tənqidlər fonunda “OpenAI” bəzi istifadəçilərin reaksiyası ilə üzləşib. Analitik şirkət “Sensor Tower”ə görə, şənbə günü ChatGPT mobil tətbiqinin silinmə halları bir əvvəlki günlə müqayisədə 295 faiz artıb.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et