Bu gün:

Deputat idman infrastrukturu ilə bağlı çağırış edib


Vüqar İsgəndərov iş adamlarını ölkədə şadlıq evlərinin sayını azaltmağa və daha çox idman saraylarının tikintisinə investisiya yatırmağa çağırıb. O bildirib ki, fiziki sağlamlıqla bağlı problemlərin artmasının əsas səbəblərindən biri artıq çəkidir və idman infrastrukturunun genişləndirilməsi sağlam həyat tərzinin təşviqinə töhfə verə bilər.

24media.az APA-ya istinadən xəbər verir ki, deputat bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə birgə təşkil etdiyi görüşdə səsləndirib. O vurğulayıb ki, regionlarda olimpiya proqramlarının icrası, istedadların erkən aşkarlanması və komanda idman növlərində seçim bazasının genişləndirilməsi vacibdir.

Deputat həmçinin kəndlərdə idmanın inkişafına xüsusi diqqət ayrılmasının, məktəblərdə erkən fiziki test sisteminin qurulmasının və perspektivli uşaqlar üçün xüsusi təqaüd fondunun yaradılmasının əhəmiyyətini qeyd edib. Bununla yanaşı, idman sahəsində bütün federasiyaları əhatə edən vahid rəqəmsal platformanın yaradılması təklif olunub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et