Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətləri və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

24media.az APA-ya istinadən xəbər verir ki, liderlər həmçinin regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparıblar. Danışıqlar səmimi və konstruktiv şəraitdə baş tutub.
Qeyd olunur ki, Türkiyə və Pakistan arasında diplomatik əlaqələr müxtəlif sahələrdə güclü əməkdaşlıqla davam edir və tərəflər gələcəkdə əlaqələrin daha da genişləndirilməsində maraqlıdırlar.
Arzu Qafarova
