Bu gün:

Aİ və Körfəz nazirləri görüşəcək


Avropa İttifaqı-nın xarici işlər nazirləri martın 5-də Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə videokonfrans formatında görüş keçirəcəklər. Görüşdə tərəflər arasında əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Aİ rəsmisi açıqlayıb. Bildirilib ki, toplantı onlayn formatda baş tutacaq və qarşılıqlı maraq doğuran məsələlər gündəmdə olacaq.

Qeyd olunur ki, görüş çərçivəsində regional təhlükəsizlik, siyasi dialoq və iqtisadi əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılması planlaşdırılır. Tərəflərin münasibətlərin inkişafında maraqlı olduqları vurğulanır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et