Bu gün:

Əsrlərin virusu ölümcül xəstəliyin sağalmasına kömək edir


Francis Crick İnstitutu tərəfindən aparılan araşdırmaya əsasən , əsrlərlə insan DNT – sində gizlənən qədim virusların qalıqları,  bədənin xərçənglə mübarizə aparmasına kömək edir.


Alimlərin sözlərinə görə, xərçəng hüceyrələri nəzarətdən çıxdıqda qədim virusların hərəkətsiz qalıqları oynamağa başlayır. Bu proses insanın immunitetinin şişi hədəfə götürməsinə və ona hücum etməsinə kömək edir. Mütəxəssislər bu kəşfdən istifadə edərək xərçəngin müalicəsini sürətləndirmək və ya qarşısını ala biləcək peyvəndlər hazırlamaq istəyirlər.

Tərcümə etdi : Fidan Əlizadə

Paylaş
Şərh əlavə et