İran Avropa dövlətlərini hərbi qarşıdurmada iştirak etməməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Avropanın müharibəyə qoşulmasınını mümkünlüyünə münasibət bildirərkən deyib.
“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən bu cür hərəkət təcavüzkarlarla əlbir olmaq kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - Bəqai xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ-nin və İsrailin hücumları İranın bir sıra hərbi və infrastruktur obyektlərini hədəf alıb, bu da regionda gərginliyi artırıb.
Amina Paşazadə
