Rusiyadan təbii qaz almaqdan imtina edən Avropa İttifaqı (Aİ) dövlətləri yenidən enerji böhranı ilə qarşılaşıblar. ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların nəticəsində Hörmüz boğazından keçid çox təhlükəli olub və heç bir dəniz nəqliyyatı şirkəti gəmisini bu istiqamətə yönəltmir.

Dənizin ortasında hərəkət edən, üzərində iri sferik maye qaz çənləri olan LNG yük gəmisi
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya təbii qazından imtina edən Aİ Azərbaycandan təbii qaz, Yaxın Şərq ölkələrindən isə sıxılmış qaz (LNG) alaraq itkilərini kompensasiya edirdi.
Körfəz ətrafında hərbi əməliyyatların başlaması Aİ-nin yanacaq idxalının həcmini azaldıb ki, bu da Aİ dövlətləri ilə yanaşı Böyük Britaniyada da qazın qiymətinin 1000 kubmetrini 711 dollara kimi bahalaşdırıb. Bu qış Avropa qitəsində havaların soyuq keçməsi qiyməti 570 dollara kimi yüksəldib. Havanın mülayimləşməsi ilə əlaqədar Avropanın qaz bazarında qiymətlər təzəcə sabitləşməyə başlamışdı ki, İrana qarşı hərbi əməliyyatlar yenidən qiymət artımına səbəb olub.
Analitiklər hesab edirlər ki, Körfəz ətrafındakı hərbi əməliyyatlar 1 həftə də davam etsə, dünya bazarında neft və qazın qiyməti kəskin şəkildə artacaq.
Amina Paşazadə
