Bu gün:

Kipr ərazisindəki Britaniya hərbi bazasına PUA hücumu barədə açıqlama verilib


Kipr Prezidenti Nikos Hristodulidis martın 1-də İrana məxsus pilotsuz uçuş aparatının (PUA) Kiprdə yerləşən Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) aid bazaya düşdüyünü açıqlayıb.

24media.az BBC-yə istinadən bildirir ki, hadisədən biraz əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi bazanın bazar gecəsi “şübhəli PUA hücumu”na məruz qaldığını bildirib. Qurumun məlumatına görə, silahlı qüvvələr gecəyarısı radələrində Kiprdəki RAF Akrotiri bazasına yönəlmiş hücuma cavab tədbirləri görüb.

BBC-nin əldə etdiyi məlumata əsasən, insident nəticəsində ölən və ya yaralanan olmayıb. Müdafiə Nazirliyi açıqlamasında bölgədə qüvvələrin mühafizə səviyyəsinin ən yüksək həddə saxlanıldığını və bazanın müdafiə üzrə zəruri addımlar atdığını qeyd edib.

Yerli vaxtla günortadan sonra Akrotiri bölgəsində yenidən həyəcan siqnalları səslənib və bir Britaniya hərbi təyyarəsi havaya qalxıb. Kipr hökumətinin sözçüsü isə bazaya doğru hərəkət edən iki PUA-ya müdaxilə edildiyini bildirib.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et