Bu gün:

Birinci Türkoloji Qurultay ideyalarının reallaşması: Ortaq türk əlifbası


1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının milli özünüdərk tarixində fundamental mərhələlərdən biri kimi dəyərləndirilir. Qurultayda səsləndirilmiş ideyalar türk xalqlarının dil birliyinin təmin olunması, mədəni inteqrasiyanın gücləndirilməsi və mənəvi həmrəyliyin bərpasına yönəlib.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfrans

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan professor Dərya Örs deyib. Qeyd edək ki, o, Atatürk Kültür, Dil, Tarix Yüksək Qurumunun prezidentidir.

D. Örs bildirib ki, Qurultayda 131 nümayəndə iştirak edib və 1928-ci ildə Türkiyənin latın qrafikalı əlifbaya keçidi bu ideyaların praktik nəticəsi olub.

Professor vurğulayıb ki, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət ortaq türk əlifbasının qəbul edilməsi Qurultay ideyalarının müasir dövrdə reallaşmasının göstəricisidir.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et