Bu gün:

Donald Tramp: "Bir anda 48 İran lideri öldürülüb"


ABŞ Prezidenti Donald Tramp İran ərazisində həyata keçirilən hərbi əməliyyatların gedişatı və əldə olunan nəticələr barədə sensasion açıqlama verib. O, ABŞ və İsrailin birgə zərbələri nəticəsində İran rəhbərliyində təmsil olunan onlarla şəxsin zərərsizləşdirildiyini bəyan edib.24media.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib. Prezident qeyd edib ki, görülən işlərin sürəti və effektivliyi gözləniləndən qat-qat yüksəkdir: “Heç kim bizim uğurlarımıza inana bilmir, bir anda 48 lider öldürüldü. Hər şey sürətlə irəliləyir”.

Donald Tramp həmçinin əlavə edib ki, İrandakı hərbi əməliyyat əvvəlcədən planlaşdırılan qrafiki qabaqlayır və hədəflər dəqiqliklə vurulur. İran mənbəsi və rəsmi Tehran hələlik bu rəqəmlərlə bağlı geniş şərh verməsə də, rəhbər şəxslər arasında itkilərin olması regiondakı idarəetmə sisteminə ciddi təsir göstərə bilər.

Hazırda Pentaqon və İsrail Müdafiə Qüvvələrinin əməliyyatın növbəti mərhələləri üzərində işlədiyi bildirilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et