Bu gün:

Xərçəngi MAT edəcək ixtira


Ege Üniversitesi alimləri xərçəng hüceyrələrini hədəf alan yeni müalicə üsulu hazırlayıblar. Layihə Doç. Dr. Aylin Şendemir və Dr. Olcay Kaan Çakır tərəfindən həyata keçirilib. “Manyetik Anti-Kanser (MAT)” adlanan bu üsulla bağlı patent müraciəti edilib.

MAT sistemi xərçəng hüceyrələrinə bağlanan mikro və nano hissəciklər vasitəsilə onları mexaniki təsirlə məhv etməyə əsaslanır. Bu üsulda hissəciklər xaricdən idarə olunan cihazla titrədilir və yalnız xəstə hüceyrələr hədəf alınır. Beləliklə, sağlam toxumalara zərər vermədən daha dəqiq və yan təsiri az olan müalicə imkanı yaradılır.Layihə hazırda patent mərhələsindədir və klinik tətbiqdən əvvəl eksperimental sınaqlar aparılmalıdır. Uğurlu nəticə əldə olunarsa, MAT bir çox xərçəng növünün müalicəsində istifadə oluna bilər. Bu yenilik həm müalicə effektivliyini artırmağa, həm də xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edə bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et