Bu gün:

Meksika haqqında bilinməyənlər


Meksika mədəniyyəti, küçələri və insanları ilə birlikdə çox isti ölkədir. Əksər insanların bir gün Meksikanı görmək arzusu var.

1. Dünyanın ən böyük piramidası düşünüldüyü kimi Xeops Piramidası deyil

Dünyanın ən böyük piramidası Cholula piramidasıdır və Meksikada yerləşir. Aztek mifologiyasında Xelhua tərəfindən inşa edildiyi deyilən piramidanın tikintisinin əsrlər çəkdiyi deyilir.

2. Meksikada 69 fərqli dildə danışılır
Meksika dünyanın ən zəngin dil müxtəlifliyinə malik ölkələrdən biridir. İspan dilindən əlavə, Meksikada danışılan 68 yerli dil var.

3. Ən çox taksi Meksikadadır
Meksika dünyada ən çox taksiyə malik ölkədir. Əslində, taksilər o qədər çoxdur ki, Meksika dünyada taksi haqqının ən ucuz olduğu ölkədir.

4. Rəngli televizor meksikalı tərəfindən icad edilmişdir

Rəngli televiziyanın ixtiraçısı Guillermo Gonzalez Camarena idi. Cəmi 23 yaşında ikən rəngli televiziya üçün qollarını çırmaladı və nəhayət, bu gün televizorlarımızı rəngləndirən şəxs oldu.

5. Meksika şəhəri bir göl üzərində qurulmuşdur
Meksikanın paytaxtı "Mexico City", sözün əsl mənasında, bir göl üzərində qurulmuşdur. Bəli! Düz bildiniz, şəhər gölün üstündə tikilib və hər il 12 sm uçub. Bəzi binalar, hətta Piza qülləsi kimi əyilmiş vəziyyətdə idi. 

6. Tualetə tualet kağızı atmamalısınız

Meksikada tualetə tualet kağızı atmaq tamamilə yersizdir və bu davranış bir çox “Latın Amerikası” ölkələrində tətbiq olunur. Latın Amerikalılarının əksəriyyəti tualet kağızını tualetə atmaqda çətinlik çəkir. Məncə, ətraf mühit və hətta suyun çirklənməsi naminə qazanılan ən gözəl vərdişlərdən biridir.

7. Sezar salatı Meksikada yaranıb

İtalyan-Amerikalı aşpaz Sezar Kardini 1924-cü ildə Meksikanın Tijuana şəhərində beynəlxalq miqyas qazanan "Sezar" salatını bəşəriyyətə təqdim etdi.

Mənbə: Milliyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et