Bu gün:

İranın raket zərbəsi nəticəsində Beyt Şemeşdə ölənlərin sayı 8-i ötüb


İsrailin Beyt Şemeş şəhərinə endirilən raket zərbəsi nəticəsində azı doqquz nəfər ölüb, 27 nəfər isə yaralanıb.

24media.az BBC-yə istinadən bildirir ki, hücum İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən genişmiqyaslı və davam edən zərbələrə cavab olaraq Yaxın Şərq boyunca raket hücumları başlatdığı vaxt baş verib.

Həmçinin bir nəfərin Əbu-Dabi şəhərində — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında həlak olduğu, daha bir ölüm hadisəsinin isə Küveytdə qeydə alındığı bildirilib. Regionun müxtəlif ərazilərinə endirilən zərbələr nəticəsində onlarla insan yaralanıb.

Hücumlar, həmçinin qlobal aviasiya sektorunda ciddi fəsadlara səbəb olub. Regiona və regiondan reyslər üzrə minlərlə uçuş təxirə salınıb ki, bu da COVID-19 pandemiyasından bəri qlobal hava daşımalarında ən ciddi pozuntulardan biri kimi qiymətləndirilir.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et