İran tərəfi ABŞ və İsrailin qarşılıqlı hücumları fonunda həlak olan yüksək rütbəli rəsmilərinin yerinə yeni təyinatlar həyata keçirir.
24media.az BBC News Türkçe-yə istinadən bildirir ki, dini lider Ayətullah Əli Xameneinin ölümündən sonra ölkənin idarəçiliyini müvəqqəti olaraq üzərinə götürəcək üç nəfərlik şuraya mühafizəkar din xadimi Əli Rıza Arafi seçilib.
Komitənin sözçüsü Muhsen Denhavi təyinatla bağlı məlumatı 1 mart tarixində sosial media hesabı vasitəsilə açıqlayıb.
İran Konstitusiyasına əsasən, dini lider vəfat etdikdən sonra yeni lider seçilənə qədər ölkənin idarəçiliyini prezident, Məhkəmə İdarəsinin rəhbəri və Konstitusiyanın Qoruyucuları Şurasından bir din adamının daxil olduğu üç nəfərlik şura həyata keçirir.
Komitənin Arafini üçüncü üzv kimi təyin etməsi ilə müvəqqəti şura Prezident Mesud Pezeşkiyan, Məhkəmə İdarəsinin rəhbəri Gülam Hüseyn Muhsini Ejei və Əli Rıza Arafidən ibarət olacaq.
Aytac Musayeva
