3 mart - Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.

Təbiət mənzərəsi ilə dizayn olunmuş fonda “Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar milli parklarda “açıq qapı” gününün keçiriləcəyi barədə məlumat və ağac budağında oturan bəbir, su kənarında olan ağ quşlar və bizon təsviri, 1 mart, 2026, AZƏRTAC
24media.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qeyd edlib ki, Vəhşi təbiətin qorunmasının əhəmiyyətinə, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərinin mühafizəsinə diqqətin cəlb edilməsi, eləcə də cəmiyyətin bütün yaş qruplarında təbiətə qarşı məsuliyyət və qayğı hissinin gücləndirilməsi məqsədilə Ümumdünya Vəhşi Təbiət Günü 20 dekabr 2013-cü il tarixindən etibarən qeyd olunur.
Hər il müxtəlif mövzular altında keçirilən Ümumdünya Vəhşi Təbiət Günü bu il “Dərman və ətirli bitkilər: sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması” devizi ilə qeyd olunur.
Amina Paşazadə
