Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar çərçivəsində İran strateji bir addım ataraq ilk dəfə "Fəttah" hipersəs raketlərini döyüş meydanında tətbiq edib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu, müharibənin gedişində sözügedən silahın ilk rəsmi istifadəsidir.
"Fəttah" raketinin əsas özəllikləri:
* Sürət: Səs sürətini 13-15 dəfə üstələyir (Mach 13-15).
* Manevr imkanı: Atmosfer daxilində və xaricində yüksək manevr qabiliyyətinə malikdir.
* Müdafiədən yayınma: Mövcud hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən tutulması demək olar ki, qeyri-mümkündür.
Ekspertlər hesab edir ki, bu silahın tətbiqi regiondakı hərbi balansda İranın xeyrinə ciddi üstünlük yarada bilər. Raketlərin hansı konkret hədəflərə qarşı istifadə olunduğu və dəyən ziyan barədə hələlik rəsmi məlumat verilməyib.
Arzu Qafarova
