İsrail Müdafiə Qüvvələri (İMQ) İranın strateji müdafiə infrastrukturuna qarşı genişmiqyaslı hava zərbələri həyata keçirib.
24media.az bildirir ki, bu barədə məlumat qurumun mətbuat xidməti tərəfindən rəsmi açıqlama ilə yayımlanıb.
Bildirilib ki, İMQ öz kəşfiyyatının əldə etdiyi məlumatlara əsaslanaraq İran rejiminə məxsus bir sıra strateji müdafiə obyektlərini hədəfə alıb. Açıqlamada xüsusilə qeyd olunur ki, zərbələrin biri ölkənin qərbində yerləşən Kirmanşah bölgəsində qurulan müasir “SA-65” tipli hava hücumundan müdafiə sisteminə istiqamətləndirilib. Mətbuat xidmətinin məlumatına görə, bu əməliyyat İranın HHM imkanlarına ciddi təsir göstərməyi hədəfləyib.
Aytac Musayeva
