Bu gün:

Kolajenin insan sağlamlığına təsiri


Kolajen insan orqanizmində təbii şəkildə sintez olunan və birləşdirici toxumaların əsas tərkib hissəsini təşkil edən vacib proteindir. Yaş artdıqca onun istehsalı azalır və bu, xüsusilə dəri və oynaq sağlamlığına təsir göstərir. Tədqiqat nəticələrinə əsasən, gündəlik kolajen qəbulu dərinin elastikliyini artırır və hüceyrələrin yenilənməsini sürətləndirir. Həmçinin əzələ quruluşunun yaxşılaşmasına, sümük-oynaq sisteminin möhkəmlənməsinə və oynaq kireçlənməsi ilə bağlı problemlərin azalmasına müsbət təsir göstərir. Araşdırmada kolajenin revmatizm mənşəli ağrı və sərtliyi yüngülləşdirdiyi də müəyyən edilmişdir.Bununla yanaşı, kolajen qəbulunun ağız sağlamlığı və kardiyometabolik göstəricilər üzrə təsiri birmənalı olmamışdır. Ümumilikdə, müntəzəm kolajen istifadəsi xüsusilə dəri və oynaq sağlamlığı baxımından faydalı hesab edilir. Lakin hər bir halda, əlavə qəbuldan əvvəl mütəxəssis məsləhəti almaq tövsiyə olunur.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et