Braziliyalı ekoloqlar müəyyən ediblər ki, Cənubi Amerikanın tropik meşələrində ağacların kəsilməsi nəticəsində komarlar insanlara daha çox hücum etməyə başlayıblar. Bu, müxtəlif virusların yayılmasını sürətləndirə bilər,- deyə "Frontiers in Ecology and Evolution" jurnalında dərc olunan tədqiqatda bildirilib.

Ağacların kəsilməsindən sonra meşə sahəsi. Mənbə: konkurs-kids.ru
Alimlər Riu-de-Janeyro ştatında yerləşən iki təbiət qoruma zonasını araşdırıblar. Son onilliklərdə burada meşə sahəsi ağac kəsintiləri səbəbindən 93% azalıb. Ekoloqlar qeyd ediblər ki, ağacların azalması 800 quş növü və 250 məməli növünün populyasiyasına təsir göstərib. Bu isə alimlərə komarların heyvanlardan insanlara keçə biləcəyini düşündürüb.
Tədqiqat çərçivəsində alimlər Sitio-Recanto və Guapiasu ərazilərində 52 növdən ibarət 1,7 mindən çox komar tutublar. Komarların həzm orqanlarından götürülmüş qan nümunələri göstərib ki, onların təxminən 75%-i insanları dişləyib. Eyni zamanda, bəzi komarlarda həm insan, həm quş, həm də heyvan qanı aşkarlanıb. Bu isə virus və bakteriyaların, o cümlədən dengue, chikungunya və digər infeksiyaların sürətli yayılmasına səbəb ola bilər.
Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə
