Amerikalı müğənni və bəstəkar Neil Sedaka 86 yaşında dünyasını dəyişib. 1950–60-cı illərin məşhur simalarından olan sənətçi “Oh! Carol”, “Breaking Up Is Hard To Do” və digər hit mahnılarla tanınıb.

Ailəsi onun qəfil vəfatından sarsıldıqlarını açıqlayıb. Ölüm səbəbi barədə məlumat verilməyib.
Bruklində doğulan və Juilliard School-da təhsil alan Sedaka karyerası ərzində bir çox məşhur ifaçılar üçün də mahnılar yazıb. 1970-ci illərdə isə **Elton John**un səsyazma şirkəti ilə əməkdaşlıq edib.
Sənətçi 2012-ci ildə BBC-yə müsahibəsində klassik musiqi ifa etməyin ruh üçün xüsusi olduğunu bildirib.
Tərcümə etdi: Aydan Xudayarova
Mənbə: BBC
