Yeni elmi araşdırma göstərir ki, gündəlik kolagen əlavəsi qəbul etmək dərinin elastikliyini və nəmliliyini artıraraq daha gənc görünüşə şərait yarada bilər.
Mütəxəssislər qeyd edirlər ki, kolagen qırışların yaranmasını tamamilə dayandırmır.
Araşdırmaya əsasən, kolagenin həb və ya toz formasında qəbulu dərinin ümumi vəziyyətinə müsbət təsir göstərsə də, bu proses sürətli və möcüzəvi nəticə vəd etmir.
Təxminən 8.000 iştirakçı üzərində aparılan 113 testin nəticələri kolagenin artrit səbəbindən yaranan oynaq ağrılarını və sərtliyi də azalda biləcəyini ortaya qoyub.
Kolagen insan orqanizminin təbii olaraq istehsal etdiyi, lakin yaş artdıqca səviyyəsi azalan əsas zülallardan biridir.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
