Bu gün:

Səhiyyə Nazirliyinin mobil klinikaları Ağdamda əhaliyə tibbi xidmət göstərib


“Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi Ağdam rayonunda vətəndaşlar arasında müxtəlif xəstəliklərin erkən aşkarlanması, əhalinin kompleks müayinələrdən keçirilməsi, tibbi konsultasiyaların verilməsi və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məqsədilə tibbi aksiya keçirib.

ETAXİ-nin səyyar klinikasında keçirilən tibbi aksiya, 27.02.2026, AZƏRTAC

24media.az bildirir ki, AZƏRTAC bu barədə məlumat yayıb.

Qeyd edilib ki, aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) ixtisaslaşmış tibb heyəti tərəfindən rayon sakinlərinə yüksək səviyyəli tibbi xidmətlər göstərilib.

Müayinələr institutun xüsusi təchiz olunmuş səyyar klinikasında aparılıb. Modul avadanlıq konsepsiyasına əsaslanan bu mobil klinikalar tam diaqnostik avadanlıq dəsti ilə təchiz olunub və ucqar ərazilərdə belə keyfiyyətli tibbi xidmətin əlçatanlığını təmin edir.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et