Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində “Əbədiyaşar Şəhidlər. Qurulan, Abadlaşan Xocalı” adlı fotosərgi və anım mərasimi keçirilib.

Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimi, 27.02.2026, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xocalı soyqırımına dair qısametrajlı filmlər nümayiş etdirilib, faciənin ağır nəticələrinə diqqət çəkilərək bu qətliamın insanlıq əleyhinə törədilmiş cinayət olduğu vurğulanıb. Eyni zamanda, Xocalıda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib.
Həmçinin Xocalı şəhərində yaradılmış Xocalı Soyqırımı Memorial Kompleksinin Azərbaycan Prezidentinin iştirakı ilə açıldığı qeyd olunub.

Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən fotosərgi, 27.02.2026, AZƏRTAC
Amina Paşazadə
