Bu gün:

Qohumlararası evliliyin fəsadı


Müasir dövrdə evlənən insanların sayı günü-gündən artmaqda davam edir. Bəzən, əvvəl heç tanımadıqları, sonradan sevdikləri biri ilə, bəzən də qohumlararası evliliklər də baş verir. Əslində, qohumlararası nikahın gələcəkdəki övladın patalogiyalı, xəstəlikli doğulması da ehtimallar içərisindədir.


Belə ki, qohumlararası nikah olarsa , cütlüyün mümkün hamiləlik zamanı yarana biləcək riskləri var. Bu riskləri müəyyənləşdirmək üçün genetik həkimə müraciət etmələri tövsiyə olunur. Müvafiq təhlükələri aşkar etmək üçün həkim cütlüklərin və genlərin ailə ağacını təhlil edir. Nəticədə, resessiv (çarpazlaşma zamanı birinci nəsildə təzahür edən əlamətlər) genlərlə yanaşı doğmamış uşaqda zehni və fiziki xəstəliklərin baş vermə ehtimalını yoxlayır.

Qohum evliliyi nadir xəstəliklərdən məsul olan resessiv genlərin miras qalma ehtimalı səbəbindən gələcək hamiləlik üçün risk yaradacaq bir evlilikdir.
Qohumluluq dərəcəsi nə qədər yüksək olarsa, doğmamış uşaq üçün risk ehtimalı o qədər də yüksəkdir. Bu zaman sahib olduqları resessiv genlərin körpəyə keçmə ehtimalı və anadangəlmə korluq, oraq hüceyrəli anemiya və kistik fibroz kimi  xəstəliyin təzahürü meydana gəlməsidir.

Mənbə: 


Tərcümə etdi- Tərlanə Abdullyeva

Paylaş
Şərh əlavə et