Bu gün:

“Gucci”nin “IT-palto”su mövsümün ən çox danışılan modeli olub


İtalyan lüks brendi "Gucci" tərəfindən təqdim olunan unikal "tiger print" (pələng naxışlı) palto 2026 mövsümünün ən səs-küylü dəb hadisəsinə çevrilib. Qiyməti təxminən 48 000 dollar olan bu model artıq dünya ulduzlarının qarderobunda yer alıb.

Məşhur müğənnilər Dua Lipa Mariah Caney sözügedən palto ilə ictimaiyyət qarşısına çıxaraq modeli qısa zamanda viral trendə çeviriblər. Ekspertlər bildirirlər ki, bu palto sadəcə geyim deyil, status və dəbdə güc simvoludur.


Dizayn baxımından model klassik uzun siluetə malikdir, lakin diqqətçəkən əsas detal onun cəsarətli pələng naxışıdır. Lüks material dramatik kəsim və maksimalist estetika bu paltonu həm podium, həm də “street-style”üçün ideal seçimə çevirir.


Beləliklə, 48 min dollarlıq bu palto artıq sadəcə kolleksiya elementi deyil, mövsümün ən arzulanan moda simvoluna çevrilib.

Mənbə: pagesix.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et