Bu gün:

Romeo və Cülyetta real həyatdan götürülmüş personajlardır?


Komediya, dram və faciə janrında onlarla müxtəlif pyeslər yazan Uilyam Şekspir 1564-cü ildə İngiltərədə dünyaya gəlib. Sonnet şeirləri ilə tanınan Şekspirin ən çox səhnələşdirilən və tanınmış pyesləri bunlardır: "Hamlet", "Otello", "On ikinci gecə", "Makbet", "Yay gecəsi yuxusu", "Romeo və Cülyetta"

Veronadakı faciəvi sevgi münasibətindən bəhs edən Romeo və Cülyetta ilk dəfə 1594-cü ildə səhnəyə qoyulub. Oyunun müasir adaptasiyası 1996-cı ildə buraxılıb. Leonardo Di Kaprio və Claire Danesin rol aldığı film həm tamaşaçılar, həm də kino tənqidçiləri tərəfindən tam qiymət almağa layiq görülüb 

Romeo və Cülyetta real personajlardır?

Romeo və Cülyetta ingilis dramaturqu və şairi Uilyam Şekspirin eyniadlı pyesindəki uydurma personajların adlarıdır. Bu personajların real olmasının ən böyük səbəbi onların bütün dünyada məşhur olmasıdır.

Dünyanın bir çox ölkələrində bir-birini sevən cütlüklərə Romeo və Cülyetta deyilir. Faciəli bir hekayədən bəhs edən faciəvi teatr oyunu Şekspirin ən çox baxılan 5 tamaşasından biridir.

Romeo və Cülyettada onilliklər boyu davam edən qan davasının kölgəsində faciəli bir sevgidir. Romeo və Cülyettanın ailələri düşmən olsalar da, bir-birlərini görən kimi aşiq olurlar. Aşiq olan cütlük gizli şəkildə görüşməyə başlayır. Hər görüşdükdə bir-birlərinə bir az daha bağlanırlar.

Ailələri onların münasibətlərindən xəbər tutanda Romeo və Cülyettanın görüşməsinə mane olurlar. Cülyettanı sınaqdan keçirirlər. Bir çox tanınmış insanlar və şəhərin ən hörmətli keşişi müdaxilə etsə də, ailələr övladlarının evlənməsinə şiddətlə qarşı çıxmaqda davam edirlər.

Bir gün Romeo çox yaxın dostuna görə problemlə üzləşir. Bu səbəbdən də olduğu şəhəri qısa müddətə tərk etməli olur. Cülyettanın ailəsi Romeonun yoxluğundan istifadə edərək qızlarını başqasına ərə vermək üçün lazımi hazırlıqları görməyə başlayır.

Cülyetta nə qədər müqavimət göstərsə də, toya hazırlıq tamamlanır. Toy gecəsi gəlib çatmasına baxmayaraq, Romeo hələ də ortalıqda görünmür. Qəfil ümidsizliyə qapılan Cülyetta bir qutu yuxu dərmanı içir. Ailəsi və ətrafdakılar həblərin təsirindən huşunu itirən Cülyettanın öldüyünü düşünürlər. Ertəsi gün Romeo qayıdanda sevgilisinin vəfat etdiyi xəbərini alır. Sevgilisinin məzarı başında ağlayan Romeo ürəyinə qılınc sancaraq intihar edir. Bu zaman oyanan Cülyetta Romeonun qan içində yatdığını görür, ağlamağa başlayır və beləliklə, pərdə düşür.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et