Bu gün:

Ursula Fon der Lyayen: Aİ Ukraynanın qışa hazırlığı üçün 920 milyon avro ayırır


Avropa İttifaqı 2026-2027-ci illəri əhatə edən "Repair, Rebuild, Restart" planı çərçivəsində Ukraynanın növbəti qış mövsümünə hazırlığı üçün 920 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Rusiya enerji infrastrukturuna sistematik zərbələr endirir və yeni yardım paketi Ukraynanın bu hücumlara qarşı dayanıqlığını artırmağa yönəlib. Brüssel rəsmisinin sözlərinə görə, 920 milyon avroluq plan ölkənin enerji sisteminin bərpası və qarşıdakı qışa hazırlıq məqsədi daşıyır.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et