Bu gün:

Umerov və Fidan Cenevrə danışıqlarını müzakirə ediblər


Rustem Umerovla Hakan Fidan Ankarada keçirilən görüşdə Ukrayna, ABŞ və Rusiya arasında Cenevrədə baş tutan üçtərəfli danışıqların nəticələrini müzakirə ediblər.

Bu barədə Umerov "Telegram" kanalında məlumat verib. O bildirib ki, Türkiyə nümayəndələrinə Cenevrədəki son danışıqların gedişi və təhlükəsizlik sahəsində mövcud vəziyyət barədə məlumat təqdim edib. Tərəflər gələcək addımların koordinasiyası, diplomatik prosesin perspektivləri və humanitar məsələləri də müzakirə ediblər.

Umerov, həmçinin genişmiqyaslı müharibənin ilk günlərindən tutduğu prinsipial mövqeyə görə Türkiyəyə təşəkkürünü ifadə edib. O xatırladıb ki, 2022-ci ildə Ankara Bosfor və Dardanel boğazlarını Rusiyanın hərbi gəmiləri üçün bağlayıb. Bu da Qara dəniz regionunda təhlükəsizliyə mühüm təsir göstərib.


Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et