"Qürur və Qərəz" Jane Austen tərəfindən 1796-1797-ci illərdə yazılmış və 1813-cü ildə nəşr olunmuş kitabdır. Nezerfilddə beş qızı olan Bennetlər ailəsi yaşayır. Enn Bennetin həyatda ən böyük arzularından biri qızlarını öz istəyinə uyğun kişilərlə evləndirməkdir.

Həmin vaxt Nezerfildə Mr.Binqli adında biri bu əraziyə köçür. İllik maaşı çox yüksək olan bu bəy dərhal qızların anasının diqqətini çəkir və Mr.Binqli ilə qızlarından birini evləndirmək istəyir. Bu məqsədlə o, ərindən Binqlinin evinə baş çəkməyi xahiş edir. O dövrün ictimai qaydalarına görə, yeni köçən adama ilk olaraq evin kişisi qonaq gedir, əks halda, qadın baş çəkə bilməz.
Növbəti axşam balo keçirilir. Məclisə Mr.Binqli, onun bacısı Miss Binqli və dostu Mr.Darsi qoşulmuş olur. Bennet ailəsi də həmin məclisdə iştirak edirdi. Mr.Binqli cənab Bennet tərəfindən qızlarla tanış olduqdan sonra qızlarından biri olan Ceynlə rəqs etməyə başlayır. Cənab Darsi isə Elizabetin rəqs təklifini kobud bir ifadə ilə rədd edir.
Həmin gecədən sonra cənab Binqli və Ceyn bir-birlərini bəyənməyə başladılar. Hətta bundan sonra səhər Ceynə nahara dəvət üçün məktub göndərilir. Binqlinin evi uzaqda olduğu üçün Ceyn kareta ilə getmək istəsə də, anası onu yalnız atla getməyə icazə verir. O yola düşən kimi yağış yağmağa başlayır və Ceyn xəstələnərək Binqli ailəsinin evinə gəlir. Onun belə xəstə şəkildə evə getməsinə icazə vermirlər və Ceyni öz evinlərində saxlayırlar. Bu xəbəri alan Elizabet bacısını bu vəziyyətdə tək qoymaq istəmir və dərhal Binqli ailəsinin evinə yola düşür. Bir neçə gün bacısının yanında qalır və onu müşayiət edir. Ceyn sağalanda anası və üç bacısı onları götürməyə gəlir və hamısı evə qayıdırlar.
Evə qayıdanda onlar öyrənirlər ki, əmisi oğlu Mr.Collins həmin axşam onlara nahara gələcək. Mister Collins, əslində, Bennet ailəsinə məxsus evin yeganə varisidir. Ona görə də Bennetlər ailəsi ona qərəzlə yanaşır və ondan xoşu gəlmir. Lakin cənab Collins Bennet qızlarından biri ilə evlənmək istəyir. Növbəti günlərdə daha bir balo təşkil edilir. Bu dəfə Mr.Darsi Elizabeti rəqsə dəvət edir və onlar gözəl gecə keçirirlər. Qızların anası isə bu vəziyyətdən böyük həzz alır. Ertəsi gün səhər yeməyi zamanı cənab Collins Elizabetə evlilik təklifi edir, lakin Elizabet qəti şəkildə rədd edir. Ceyn isə bu hadisədən dərhal sonra sevdiyi Centlmen Binqlinin Nezerfilddən köçməsi ilə bağlı məktub alır. Daha sonra isə Ceyn xalası ilə yaşamaq üçün Londona gedir. Bir neçə gündən sonra Elizabet ən yaxşı rəfiqəsinin Mr.Collins ilə evləndiyini öyrənir və bundan xeyli təəccüblənir.
Aradan bir neçə ay keçir və Elizabet bu rəfiqəsinin evinə ziyarət dəvətini qəbul edir və Mr.Collinsin evinə gedir. Onun evində mister Collinsin himayədarı da var. Təsadüf nəticəsində cənab Darsi himayədarın qardaşı oğlu üçün oranı ziyarət edir. Elizabet orada bir neçə gün keçirir. Bir gün cənab Collinsin xütbəsini dinləyərkən yanındakı adam ona Mr.Darsinin bacısını və Mr.Binqlini ayırdığını deyir. Bunu eşidən Elizabet dərhal hadisə yerini tərk edir və bir yerdə dayananda Mr.Darsinin onun arxasınca gəldiyini görür. Darsi Elizabetə olan sevgisini etiraf edir. Lakin Elizabet cənab Darsinin etdikləri haqqında eşitdiyi üçün ona çox qəzəblənir və dərhal onu rədd edir.
Aylar keçir. Elizabetin yolları yenidən Darsi ilə, Ceynin isə Binqli ilə kəsişir. Jane və Bingley hələ də bir-birlərini sevirlər. Elizabet bir gün cənab Darsi ilə tək qaldıqda, o da ona qarşı hissləri olduğunu açıqlayır. Nəticədə, xoşbəxt sonluq kimi Binqli Ceynlə, Darsi isə Elizabetlə evlənir.
Mənbə: kitap.yazarokur.com
Tərcümə etdi: Fatimə Mustafayeva
