Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasim tarixi tatar-müsəlman qəbiristanlığının ərazisində Xocalı qurbanlarının xatirəsinə yerləşdirilmiş lövhə qarşısında baş tutub.

Varşavada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi, 24.02.2026, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verilib.
Mərasimin sonunda Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb.
Daha geniş məlumat üçün: https://azertag.az/
Amina Paşazadə
