Bu gün:

Ev heyvanlarını nəzarətsiz gəzintiyə buraxmaq olmaz


2023-cü ildən etibarən Rusiya Federasiyasının ərazisində ev heyvanlarının nəzarətsiz buraxılması qadağan edilib, lakin bir çoxları bu qaydanı pozur.

Belə bir fikir var ki, pişik və itlərin sərbəst gəzməsini yalnız fərdi evlərdə yaşayanlar bəyənir. Amma çoxmərtəbəli binalarda yaşayanlar da bəzən ev heyvanlarını nəzarətsiz küçəyə buraxırlar. Bəziləri düşünür ki, bu, heyvanın sağlamlığı üçün faydalıdır və enerjisini atmasına kömək edir. Əslində, isə sahibisiz hər gəzinti sonuncu ola bilər.

Bəzi sahiblər ünvanlı yaxalığı bütün problemlərdən qoruyan vasitə hesab edir. Lakin heyvan itəndə onu özü oxuya bilməz, təsadüfi insanların köməyi isə zəmanətli deyil. Üstəlik, yaxalıq avtomobillərdən və aqressiv insanlardan qorumur.

Küçə heyvanları da təhlükə yarada bilər. Yazda, cütləşmə mövsümündə erkəklər arasında ciddi qarşıdurmalar olur. Bu dövrdə arzuolunmaz balalar və yoluxucu xəstəliklər riski də artır.

Bəzən heyvanı başqaları “sahibsizdir” deyə götürür və bu, onun üçün böyük stressə çevrilir. Ev heyvanları yalnız sahibinin nəzarəti altında və lazımi vasitələrlə — yaxalıq, ip və ya şleyka ilə (bəzən isə ağızlıqla) gəzdirilməlidir. Qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulub.

Mənbə: vv-34.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et