Media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən tədbir, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.
Daha geniş məlumat üçün: https://azertag.az/
Amina Paşazadə
