Google Gemini aləti zəif keyfiyyətli portret şəkillərini yaxşılaşdırmaq üçün yeni imkanlar təqdim edir.
Solda keyfiyyəti aşağı, sağda isə süni intellekt vasitəsi ilə keyfiyyəti artırılmış təsvir
Süni intellekt əsaslı sistem istifadəçinin yazdığı qısa mətn tapşırıqları əsasında fotonu analiz edir və təsvirin keyfiyyətini artırır.
İstifadəçi şəkli platformaya yükləyir və daha sonra işıqlandırmanı düzəltməyi, bulanıqlığı azaltmağı və ya üz cizgilərini daha aydın göstərməyi tələb edir. Sistem rəng balansını tənzimləyir, detalları gücləndirir və təsviri daha təbii hala gətirir.
Mütəxəssislər qeyd edirlər ki, düzgün yazılmış prompt nəticəyə birbaşa təsir göstərir. Bu texnologiya xüsusilə köhnə arxiv fotolarını yeniləmək və zəif işıqda çəkilmiş portretləri bərpa etmək üçün effektiv həll yolu yaradıb. Süni intellekt alətləri sürətlə inkişaf edir və gündəlik istifadə üçün daha əlçatan olur.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
