Bu gün:

İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib


İran hakimiyyəti Avropa İttifaqına üzv ölkələrin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatları kimi tanıyıb.

24media.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, Aİ-yə üzv bütün dövlətlərin Hərbi Dəniz və Hərbi Hava qüvvələri terror təşkilatı elan olunur.

Qeyd edilib ki, qərar ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab tədbirləri haqqında qanuna əsasən qəbul edilib.

Nazirlik vurğulayıb ki, bu qanun ABŞ-nin qərarını dəstəkləyən digər ölkələrə də şamil olunur.


Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et