Bu gün:

Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər


Bakıda, Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan idmançıları uğurlu çıxış edərək bir neçə proqramda final mərhələsinə vəsiqə qazanıblar.

Təsnifatın nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər. Onlar qarışıq sinxron proqramda da birlikdə həlledici mərhələdə çıxış edəcəklər.

Sinxron proqramda qadınların yarışında Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişilərdə isə Maqsud Mahsudov və Hüseyn Abbasov finalda mübarizə aparacaqlar.

Tamblinq yarışlarında da Azərbaycan təmsilçiləri uğur qazanıblar. Tofiq Əliyev və Mixail Malkin təsnifat mərhələsini uğurla başa vuraraq finala adlayıblar.

Ümumilikdə yarışda 6 ölkədən 66 gimnast iştirak edir. Final çıxışları sabah keçiriləcək.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et