Bu gün:

“Ölüm mələyi göbələyi ” daha təhlükəli olub


Amanita phalloides kimi tanınan və “Ölüm mələyi” adlandırılan göbələk dünyanın ən zəhərli növlərindən biridir. Bu növ göbələkdən qaynaqlanan zəhərlənmələr ölüm hallarının böyük hissəsini təşkil edir. Son araşdırmalar onun daha təhlükəli xüsusiyyətlər qazandığını göstərib.

University of Wisconsin–Madison alimlərinin apardığı tədqiqatlara görə, Kaliforniyadakı populyasiyalar Avropadakı növlərdən genetik baxımdan fərqlənir. Müəyyən edilmişdir ki, bu göbələklər daha çox və yeni tipli zəhərli peptidlər istehsal edib. Bu dəyişiklik onların həm zəhərlilik dərəcəsini, həm də yayılma sürətini artırıb. Alimlər hesab edirlər ki, göbələyin sürətli təkamülü yeni mühitə uyğunlaşmanı asanlaşdırıb. Lakin bu proses ekosistem və insan sağlamlığı üçün ciddi təhlükə yaradıb. Buna görə də bu növün yayılmasının diqqətlə izlənilməsi vacibdir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et