Bu gün:

Cips paketlərinin niyə yarısı boşdur?


Şənliklərin, yığıncaqların, film gecələrinin və.s  ayrılmaz hissəsindən biri də cipslərdir. Uşaqdan-böyüyə hər kəsin aldığı bu qidaları vitrində böyük olduğunu görürük. Ağzını açanda isə, bir az məyus oluruq. Çünki paketin içi dolu olmur, müəyyən hissəsi boş olur.


Əslində, bu hiylə deyil, ehtiyat tədbiridir. Böyük bir cips paketinin, adətən, yarısı dolu olur. İstehlakçılar bunu hiylə kimi görsələr də, reallıq çox fərqlidir. "Hava" adlanan azot qazı cipsləri saxlamaq üçün ən yaxşı üsuldur. Bu qaz cipslərin bayat və acı olmasının, həmçinin, dadının dəyişməməsini təmin edir.


Təbii ki, bu, onun yeganə funksiyası deyil. Digər səbəb isə cips paketinin daha əvvəl açılıb açılmadığını anlamaqdır. Sönmüş paket ya sizdən əvvəl açılıb, ya da ola bilsin ki, haradansa partlayıb.


Mənbə: Sözcü

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et