İndoneziya Prezidenti Prabovo Subianto sülhü təmin etmək və atəşkəsi qorumaq üçün Qəzza zolağına 8 min və ya daha çox əsgər göndərməyə hazır olduğunu bildirib.

24media.az bildirir ki, bu barədə AZƏRTAC İndoneziya mediasına istinadla məlumat yayıb. Qeyd edilib ki, Prezident Prabovo Subianto Vaşinqtonda Sülh Şurasının iclasında iştirakdan sonra ölkə jurnalistlərinə müsahibəsində belə deyib. O, təxminən 1-2 ay ərzində ilk qoşun bölməsinin Qəzza zolağına göndəriləcəyini söyləyib.
İndoneziyanın Xarici İşlər Nazirliyi missiyanın humanitar yardım, yenidənqurma və mülki əhalinin qorunmasına yönələcəyini bildirib.
Amina Paşazadə
